“Huawei” smartfonlar üçün yeni nəsil akkumulyator batareyası təqdim edib
“Huawei” şirkəti smartfonlar üçün dünyada ilk litium-silisium akkumulyator batareyasını təqdim edib. Yeni tip batareya ilə təchiz edilən elektron qurğular enerjini daha tez toplayacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, litium-silisium akkumulyatorlar mövcud sürətli enerjidoldurma texnologiyalarını daha təhlükəsiz və sürətli etməyə imkan verəcək. Bundan başqa, litium və silisium əsaslı akkumulyatorlar çoxlu enerji ilə doldurulma və boşaldılma dövrəsini dəstəkləyəcək – yeni tip batareyaların istismar müddəti daha çox olacaq.
Çinin elektron nəhəngi nümayəndələrinin sözlərinə görə, şirkətin yeni tip akkumulyatorlara əsaslanan batareyaları insanlar tərəfindən elektron qurğuların enerji ilə doldurulmasına münasibəti dəyişəcək və onların smartfondan istifadə etmək imkanından məhrum olmaq qorxusunu aradan qaldıracaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL