waplog

SİM kartsız işləyən ilk smartfon təqdim edilib


"Pundi X" kriptovalyuta startapı blokçeyn texnologiyası əsasında işləyən "XPhone" adlı yeni smartfon təqdim edib. Qurğu zəngləri öz şəbəkəsinin qovşaqları vasitəsilə edir.

"ICTnews" Elektron Xəbər Xidməti "Mail.ru" resursuna istinadən yazır ki, şirkət smartfonla yanaşı, blokçeyn əsasında ilk "Function X" əməliyyat sistemini və mobil qurğular üçün rabitə protokolunu nümayiş etdirib. Onun vasitəsilə istifadəçilər ənənəvi mobil rabitə operatorlarından asılı olmayaraq zənglər edə, bildirişlər göndərə və məlumatlar göndərə bilərlər. Belə ki, telefon zəngləri blokçeyn üzərindən edilərək mobil nömrəyə ehtiyacı aradan qaldıracaq.

Məlumata görə, "Function X" istehsalçı tərəfindən blokçeyn əsrində yeni məlumat ötürmə protokolu adlandırmaqla innovasiyanın blokçeyn texnologiyasının maliyyə sahəsindən kənar tətbiqini genişləndirəcəyinə ümid edir. Bundan əlavə, şirkət "FXTP" desentralizasiya edilmiş fayl saxlama sistemini təqdim edib.

Layihə müəlliflərinin fikrincə, "XPhone" və "Function X" əhatəlilik problemi üçün həll olunacaq və blokçeyni real dünya ilə birləşdirməyə kömək edəcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL