waplog

“microSD” yaddaş kartına alternativ təqdim edilib


Bir gün əvvəl nümayiş etdirilmiş “Mate 20” istehsal xəttinə aid yeni smartfonlar “Huawei” şirkətinin yeni formatına – “NM Card” (Nano Memory) uyğundur. Şirkətin rəsmiləri iddia edirlər ki, onların nano yaddaşı 15 il bundan əvvəl ixtira edilmiş köhnə “microSD” formatından daha sürətli və daha etibarlı işləyir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bundan başqa, “NM Card” yaddaş kartı qurğunun daxilində yerə qənaət edir: “microSD” ilə müqayisədə 45% daha az yer tutur. “Mate 20” və “Mate 20 Pro” smartfonlarına qoşmaq mümkün olacaq modellərdən birinin tutumu 256 QB və oxuma sürəti saniyədə 90 MB təşkil edir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL