waplog

Nazir Ramin Quluzadə Beyləqanda vətəndaşlarla oktyabrın 23-ü görüşəcək


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin 26 oktyabr 2018-ci il tarixinə Beyləqan şəhərində Beyləqan, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü 23 oktyabr 2018-ci il tarixində saat 12:00-da keçiriləcək.
 
Nazir qeyd olunan rayonlar üzrə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
 
Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Beyləqan rayonunda                02122 53000
İmişli rayonunda                      02124 64366
Ağcabədi rayonunda                02127 53232
Füzuli rayonunda                     02631 55160
Zərdab rayonunda                   02029 64299
Xocavənd  rayonu  üzrə           02122 35448
Laçın  rayonu  üzrə                  02127 78202
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
 
 
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL