İnsanın yatış pozasına uyğunlaşan “ağıllı” balış təqdim olunub
“Podoon” adlı “ağıllı” balış insanın rahat yatması üçün onun yatış pozasına avtomatik uyğunlaşa bilir.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Podoon” balışı başı deyil, məhz boyunu dəstəkləyən anatomik formaya malikdir. Sözügedən balış əlavə rahatlıq üçün insanın yatış pozasına uyğunlaşır, insan kürəyi və ya yanı üstə yatdıqda balışın aşağı hissəsi azca qaldırılır və ya aşağı salınır. Təzyiq datçiklərindən istifadə edilməsi nəticəsində “ağıllı” balış insanın yatış pozasını dəyişməsindən xəbər tutur və balışın lazımi hissəsini azca qaldıran xüsusi kameranı hava ilə doldurur.
Balışın daxilində 7 gün avtonom işləməyə imkan verən 2500 milliamper/saat tutumunda akkumulyator quraşdırılıb və onun enerji ilə doldurulmasına təxminən 4 saat vaxt sərf edilir.
Belə balışın qiyməti ilkin sifariş üzrə 99 dollardır. İlk partiya 2019-cu ilin fevralında tədarük olunacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL