waplog

Smartfonlar üçün “Snapdragon 675” oyun prosessoru buraxılıb


“Qualcomm” şirkəti 11 nanometrlik texnoloji proses üzrə hazırlanan “Snapdragon 675” mobil prosessorunu təqdim edib. Səkkiznüvəli yeni prosessor orta qiymət seqmentinə aid oyun smartfonları üçün hazır həll kimi qələmə verilir. Yüksək məhsuldarlıqla yanaşı, platformanın funksiyaları əvvəlki nəsil prosessorla müqayisədə təkmilləşdirilib (məsələn, fotoçəkmə imkanları genişləndirilib və süni intellekt alqoritmləri yenilənib).  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, çipin əsasını “Kryo 460” prosessoru təşkil edir: 2 QHs takt tezlikli iki nüvə və 1,7 QHs takt tezlikli 6 nüvə.

Bundan başqa, “Snapdragon 675” ekranın 120 Hs tezliyində yenilənməsini dəstəkləyir. Əvvəllər belə göstəricilərə yalnız qabaqcıl prosessorlar malik olub. Məsələn, “Razer Phone 2” smartfonu 1,8 QHs takt tezlikli qabaqcıl “Snapdragon 845” prosessoru əsasında yaradılıb.

Yeni prosessorun digər göstəriciləri arasında “Quick Charge 4+” sürətli enerjidoldurma texnologiyasının dəstəklənməsini və faylların 600 Mbit/saniyə sürətlə yüklənilməsini təmin edən “X12 LTE” modemini qeyd etmək olar. Bundan əlavə, “Wi-Fi 802.11ac Wave 2”, “Bluetooth 5.0” və “NFC” simsiz rabitə standartlarının dəstəklənməsi sadalanır.

“Qualcomm Snapdragon 675” prosessoru ilə təchiz edilən ilk smartfonların 2019-cu ilin birinci rübündə təqdim ediləcəyi gözlənilir. Belə qurğuların qiyməti 300-500 dollar təşkil edəcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL