waplog

“Xiaomi” çərçivəsiz smartfonunu təqdim edib


“Xiaomi” şirkəti “Mi MIX 3” adlı çərçivəsiz smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, qurğu slayder formatında hazırlanıb: kameradan istifadə etmək üçün smartfonun arxa panelini irəli çəkmək lazımdır. “Mi MIX 3” smartfonu 6,39 düymlük AMOLED ekranı, 6/8/10 QB-lıq əməli yaddaşla təchiz edilib.
 
Yeni aparat “5G” şəbəkəsini və simsiz enerjidoldurma texnologiyasını dəstəkləyir. Bundan başqa, smartfon barmaq izləri skaneri və 12 meqapiksellik ikiqat kamera ilə təchiz edilib.
 
“Mi MIX 3” smartfonu 3 rəngdə (qara, tünd yaşıl və göy) əlçatandır. Smartfonun qiyməti 475 dollardır. Daha böyük tutumlu əməli yaddaşa malik modellərin qiyməti müvafiq olaraq 575 və 720 dollar təşkil edəcək.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL