waplog

Kiçik dronlar irihəcmli yükləri daşıyacaq


Mühəndislər qrupu öz çəkisindən 40 dəfə çox ağırlıqda yük qaldıran kiçik dronlar yaradıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, layihə ABŞ-ın Stenford Universitetinin Mühəndis Məktəbi və İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin əməkdaşları tərəfindən hazırlanıb. “FlyCroTugs” adlanan dronlar elə modifikasiya edilib ki, gekkon pəncəsini xatırladan adgeziv səth onlara istənilən səthə yapışıb sallanmağa imkan verir. Pilotsuz uçan aparatlar, həmçinin, bucurqad və buraz vasitəsilə onların çəkisini 40 dəfə üstələyən obyektləri tuta və daşıya bilir. Təqdim edilən videoda iki dronun qapını uğurla açması nümayiş olunur.  

Tədqiqatçıların sözlərinə görə, sürətli, kiçik və iri yükləri daşıya bilən hava nəqliyyatının yaradılması zamanı onlar təbiət dünyasından ilhamlanaraq arıların quruluşundan nümunə kimi istifadə ediblər.

Alimlər bildirib ki, “FlyCroTugs” dronlarının kiçikölçülü olması onlara qapalı yerlərdə hərəkət etməyə və insanlara yaxın məsafədə uçmağa imkan verir ki, bu da onları axtarış və xilasetmə əməliyyatları üçün faydalı edir.

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL