Dünyada bərpa edilmiş smartfonlara tələbat artır
Bərpa edilmiş smartfonlar bazarında artım yeni smartfonlar bazarından daha sürətli gedir. Bu barədə “Counterpoint Research” analitik şirkətinin tədqiqatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 2018-ci ilin ikinci rübünə olan məlumata görə, bərpa edilmiş smartfonlar bazarı yeni qurğular bazarını ya üstələyib, ya da ona çatıb. Məsələn, dünyanın ən sürətli inkişaf edən Hindistan bazarında köhnə smartfonlar yenilərindən 41 faiz çox satılıb. ABŞ-da isə bərpa edilmiş qurğuların həcmi 18 faiz artdığı halda yeni smartfonların satışı 20 faiz azalıb.
Qlobal baxımdan isə dünyada bərpa edilmiş qurğular bazarının həcmində 10 faiz artım qeydə alınıb, yeni smartfonların satışı 1 faiz azalıb. Ekspertlər bunu müasir smartfonların, xüsusilə qabaqcıl modellərin qiymətinin çox baha olması ilə izah edirlər.
Qeyd edək ki, bərpa edilmiş smartfonlar əvvəllər istifadə olunmuş qurğulardan fərqlənir. Belə ki, istehsalçı köhnə qurğuların sıradan çıxmış detallarını dəyişdikdən sonra onlara bəzək-düzək verir və ucuz qiymətə satır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL