Qabaqcıl “OnePlus 6T” smartfonu rəsmən təqdim edilib
“OnePlus” şirkəti Nyu-Yorkda keçirilmiş mətbuat konfransında yeni “OnePlus 6T” smartfonunu təqdim edib. Qabaqcıl texniki xüsusiyyətlərə malik smartfonda ekranın alt hissəsinə barmaq izləri skaneri quraşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfon “Full HD+” (1080x2280 piksel) təsvir ölçülü 6,4 düymlük “Optic Super AMOLED” displeylə təchiz edilib.
Əsas kamera ikiqat 16+20 meqapiksel, ön kamera isə 16 meqapiksel təsvir ölçüsünə malikdir. Aparat “Qualcomm Snapdragon 845” prosessoru, 6/8 QB-lıq əməli yaddaş, 128/256 QB-lıq daxili fləş yaddaşla təchiz edilib. Akkumulyatorun tutumu 3700 milliamper/saat təşkil edir, sürətli enerjidoldurma texnologiyası dəstəklənir.
Smartfon “Oxygen OS” interfeysli “Android 9 Pie” sisteminin idarəetməsi altında işləyir. 2 SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 a/b/g/n/ac), “Bluetooth 5.0”, “GPS+QLONASS”, “NFC” dəstəklənir, “USB Type-C” portu mövcuddur. Smartfonda qulaqlıqlar üçün 3,5 mm-lik konnektor və yaddaş kartları üçün slot yoxdur. Smartfonun ölçüsü 157,5 x 74,8 x 8,2 mm, çəkisi isə 185 qram təşkil edir.
Noyabrın 1-dən satışa çıxarılacaq “OnePlus 6T” smartfonunun qiyməti 549 ABŞ dollarından başlanacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL