Yeni “Apple iPad Pro” və “MacBook Air” qurğuları təqdim olunub
ABŞ-ın “Apple” şirkəti Nyu-Yorkda keçirilən təqdimatda yeni qurğular nümayiş etdirib. Bunlar “Mac mini” kompüteri, yenilənmiş “iPad Pro” planşeti və “MacBook Air” noutbukudur.
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, “iPad Pro” və “MacBook Air” qurğularının satışlarına gələn həftə başlamaq planlaşdırılır. 11 və 12,9 düym diaqonallı ekrana malik planşetin ilkin qiyməti müvafiq olaraq 1003.28 və 1246.54 dollar təşkil edəcək.
Məlumata görə, boz, gümüşü və qızılı rənglərdə təklif edilən yeni “Apple” kompüterinin qiyməti 1596.22 dollara bərabər olacaq.
“iPad Pro” əvvəlki modellərdən adi “Home” düyməsinin təchiz edilməməsi və daha nazik korpusu (5,9 mm) ilə seçilir.
Planşetdə “Face ID” funksiyası quraşdırılıb və ilk dəfə qurğu “A12X Bionic” mobil çipi ilə təchiz olunub. Şirkət nümayəndələrinin sözlərinə görə, çip portativ kompüterlərin 92 faizindən güclüdür.
“Retina” ekranlı “MacBook Air” əvvəlki modeldən daha nazik və yüngüldür. 13,3 düymlü və 4 milyon piksel təsvir ölçülü qurğunun displeyi çərçivəsizdir.
Yeni qurğu “Touch ID” funksiyası ilə təchiz edilib. “Mac mini” kompüterində 4 nüvəli və ya 6 nüvəli səkkizinci nəsil “Intel” prosessorları və “T2” təhlükəsizlik çipi quraşdırılıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL