Dünyada elastik ekranla təchiz edilmiş ilk qatlanan smartfon təqdim edilib
Çinin “Rouyu Technology” şirkəti dünyada elastik ekranla təchiz edilmiş ilk qatlanan smartfon təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, 7,8 düymlük ekran, 16+20 meqapiksellik ikiqat arxa kamera ilə təchiz edilmiş “FlexiPai” adlı yeni smartfonun qalınlığı 7,6 mm təşkil edir. Smartfon 3 konfiqurasiyada (6+128 QB, 8+256 QB və 8+512 QB) təklif edilir.
Smartfonda tətbiq edilmiş “Ro-Charge” sürətli enerjidoldurma texnologiyası akkumulyator batareyasını 1 saat ərzində 80% enerji ilə doldurmağa imkan verir. 6+128 QB-lıq konfiqurasiyalı modelin qiyməti 1290 dollar, 8+256 QB-lıq 1434 dollar, 8+512 QB-lıq isə 1864 dollar təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL