Tezliklə “WhatsApp” messencerində reklam elanları göstəriləcək
Cari ilin sentyabrında “WhatsApp”ın həmtəsisçisi Brayan Akton məlumat vermişdi ki, “Facebook”un baş direktoru Mark Zukerberq bu platformadan pul əldə etmək istəyir. İndi isə “WhatsApp”ın vitse-prezidenti Kris Deniels yaxın vaxtlarda messencerdə reklam elanlarının göstəriləcəyi xəbərini təsdiq edib.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, reklam elanları “WhatsApp” statusunda göstəriləcək. Bu yaxınlarda dərc edilmiş maliyyə hesabatına əsasən, gün ərzində 450 milyondan çox aktiv istifadəçi statusları izləyir. Yaxın vaxtlarda messencerin “iOS” versiyası, daha sonra isə “Android” versiyadan istifadə edənlərə reklam göstəriləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL