Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçildi
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) üzvü olan dövlətlərin səsverməsi ilə Dubay şəhərində keçirilən İttifaqın 20-ci Səlahiyyətli Konfransı (PP-18) zamanı BTİ-nin Baş Katibi seçilib. Növbəti 4 il ərzində İttifaqa Çin əsilli Houlin Cao başçılıq edəcək. Yeni baş katib 178 üzv dövlətdən 176-nın səsini qazanıb. Məlumat üçün bildirək ki, Baş katibin seçilməsi üçün 89 üzv dövlətin səsi kifayətdir.
O, 1 yanvar 2019-cu ildən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.
Xatırladaq ki, bundan əvvəl də H.Cao BTİ-nin Baş katibi idi. O, informasiya-kommunikasiya texnologiyaları mühəndisidir.
H.Zao 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi vəzifəsinə seçilməzdən əvvəl BTİ-nin Baş katibinin müavini, İttifaqın İKT üzrə texniki standartlar işləyib hazırlayan Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru kimi çalışıb.
Eyni zamanda, bu gün BTİ-nin Baş Katibinin Müavini vəzifəsinə ingilis vətəndaşı Malkom Conson, BTİ-nin Telekommunikasiya Standartlaşdırma Bürosunun Direktoru vəzifəsinə koreyalı Çausib Lee və BTİ-nin Telekommunikasiya İnkişafı Bürosunun Direktoru vəzifələrinə amerika vətəndaşı xanım Dorin Martin seçilib.
BTİ-nin Radiorabitə Bürosunun Direktoru vəzifəsi üzrə namizədlər lazımi səs toplamadığı üçün sabah yenidən səsvermə keçiriləcək.
Məlumat üçün bildirək ki, seçkilərdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL