waplog

Norveçdə poçt bağlamalarının çatdırılması robotlara həvalə ediləcək


Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan “Buddy Mobility” startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
 
Qeyd edək ki, “Buddy Mobility” startapının robot poçtalyonları təkərli qutunu xatırladır. Saatda 6 km/saat sürətlə hərəkət edən robot poçtalyon gündə 100 ünvana poçt bağlaması çatdıra bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, robot evə yaxınlaşmazdan öncə bağlamanı qəbul edən şəxsə xüsusi mobil tətbiq vasitəsilə mesaj göndərir. Mesajla göndərilmiş kod poçt və ya bağlamanın olduğu bölməni açmağa imkan verir. Robot bütün poçt bağlamalarını ünvanına çatdırdıqdan sonra batareyasını enerji ilə doldurmaq üçün ən yaxın poçt şöbəsinə geri qayıdır və yeni poçt bağlamalarının yüklənməsini gözləyir.
 
Robot poçtalyon Konqsberq şəhərinin rayonlarından birində sınaq rejimində istifadəyə veriləcək.
 
 
Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL