waplog

“Samsung Galaxy S10” smartfonunun təqdimat tarixi açıqlanıb


“Samsung” şirkəti “Beyond” kod adlı qabaqcıl “Galaxy S10” smartfonunu fevralın 25-28-də Barselonada (İspaniya) keçiriləcək “Mobile World Congress” sərgisində təqdim edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, “Galaxy” istehsal xəttinə aid ən ucuz model 5,8 düym diaqonallı ekran, tək kamera və yan panel daktiloskopik skaneri ilə təchiz ediləcək. Yeni qurğunun əsas rəqibi kimi “iPhone XR” smartfonu qeyd edilir. Orta səviyyəli “Samsung Galaxy S10” modeli eyniölçülü elastik ekran, üç kamera və ekran altında skanerə malik olacaq. Ən böyük modelin ekran ölçüsü 6,4 düym diaqonal təşkil edəcək.

Bildirilir ki, “5G” texnologiyasını dəstəkləyən model “Samsung Galaxy S10X” adlanacaq.

“Samsung” şirkətinin mərasimdə smartfonla yanaşı, digər qurğular, məsələn, 360 dərəcədə yüksək təsvir ölçülü video çəkən kamera nümayiş etdirəcəyi istisna edilmir.

Cənubi Koreya istehsalçısı artıq neçənci dəfədir yeni qurğuların təqdimatı üçün “Mobile World Congress” sərgisini seçir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL