“Apple” aşağı tələbata görə “iPhone XR” smartfonlarının əlavə istehsalını ləğv edib
Yaponiyanın "Nikkei" qəzeti yazır ki, "Apple" korporasiyası zəif tələbata görə "iPhone XR" smartfonlarının əlavə istehsalını ləğv edib.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "Foxconn ("Apple" smartfonlarının yığıcısı) şirkəti ilk öncə "XR" smartfonları üçün təxminən 60 istehsal xətti düzəldib, amma son zamanlar həmin istehsal xəttinin təxminən 45-dən istifadə edib, çünki əsas alıcı bildirib ki, hələ ki, çox smartfon lazım deyil" - vəziyyətlə tanış mənbə sözügedən nəşrə deyib.
"Apple" smartfonlarının digər yığıcısı olan "Pegatron" şirkətində də oxşar vəziyyətdir.
"Apple" şirkəti 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Ueyn tərəfindən təsis edilib. Şirkətin mənzil-qərargahı Kupertinoda yerləşir. "Apple" fərdi və planşet kompüterləri, audiopleyer, telefon, "ağıllı saat" və proqram təminatı istehsalı ilə məşğul olur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL