waplog

“Google Chrome”un yeni versiyası qıcıqlandırıcı reklamı bloklayacaq


Bu ilin sonunda təqdim ediləcək “Google Chrome” brauzerinin yeni, 71-ci versiyası istifadəçiləri qıcıqlandıran və aldadan reklam elanlarını bloklaya biləcək. Qaydaları müntəzəm pozanların reklamları blok ediləcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, müştərilərin cəlbi üçün qeyri-etik metodlardan istifadə edən reklamçılar qara siyahıya salınacaq. “Google” belə saytların sahiblərinə bütün qanun pozuntularını aradan qaldırmaq üçün 1 ay vaxt verəcək. İstifadəçi belə reklamlar onu qıcıqlandırmadığı halda bu bloklanmanı deaktiv edə bilər.
 
Korporasiya, uzun müddət olar ki, vicdansız reklamçılara qarşı mübarizə aparır – “Google Chrome”da öz-özünə işə düşən videolar, üzə çıxan pəncərələr, həmçinin şübhəli saytlara yönləndirmə cəhdi blok edilir.
 
“Google”un bu təşəbbüsü internet reklam bazarına ciddi təsir göstərəcək, çünki “Chrome” brauzeri dünya ölkələrinin əksəriyyətində liderlik edir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL