waplog

Yaponiyada süni intellektli ilk bankomat istifadəyə verilib


Yaponiya mühəndisləri dünyada ilk süni intellektə malik bankomat yaradıblar. Unikal aparat banklara fırıldaqçılardan qorunmağa kömək edəcək.  

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, “Hitachi-Omron Terminal Solutions” şirkəti tərəfindən yaradılan bankomat digərləri kimi, bir neçə kamera ilə təchiz edilsə də, onlar “ağıllı” qurğunun ətrafında baş verənləri qeydə almaqla yanaşı, mürəkkəb analiz apara bilən kompüter görmə sistemi üçün göz funksiyasını yerinə yetirirlər.

Məsələn, bankomata tünd eynək və ya maska taxan insan yaxınlaşan zaman qurğu qəribə istifadəçidən həmin şübhəli aksessuarları çıxarmağı xahiş edəcək. İstifadəçi imtina edəcəyi halda bankomat vəsaitlərin nağdlaşdırılması və ya köçürülməsi üzrə əməliyyatların aparılmasına imkan verməyəcək. Bundan başqa, bankomat öz davranışı üzərində öyrənə və ona düzəlişlər edə bilir.

Şirkətin rəsmi nümayəndələri bildirib ki, sistemin təkmilləşdirilməsi və növbəti ildə bankomatların kütləvi istehsalı planlaşdırılır. Onların sözlərinə görə, hazırda süni intellektli bankomatların ilk sınaq prototipləri fəaliyyət göstərir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL