Sosial şəbəkələr sağlamlıq üçün təhlükəlidir?
ABŞ-ın Pensilvaniya Universitetinin psixoloqları sosial şəbəkələrdə çoxlu vaxt keçirilməsinin tənhalıq hissini artırmasını və depressiyaya səbəb olmasını müəyyənləşdiriblər.
"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən tədqiqat "Facebook", "Instagram" və "Snapchat" kimi şəbəkələrdən aktiv istifadə edən 143 tələbə arasında aparılıb. Bundan əvvəl isə könüllülərin əhval-ruhiyyəsi və səhhətinin müəyyənləşdirilməsi üçün sorğu keçirilib, eləcə də "iPhone" statistikası vasitəsilə sosial şəbəkələrdə orta aktivlik vaxtı ölçülüb.
Məlumata görə, sonra tələbələr iki qrupa bölünüb. Yoxlama xarakterli olan birinci qrupda könüllülər tərəfindən sosial şəbəkələrə əvvəllər olduğu kimi, eyni vaxt ayrılıb. İkinci – eksperimental qrupun üzvləri sosial şəbəkələrin hər birinə gündə 10 dəqiqə sərf ediblər. Eksperiment üç həftə davam edib.
Yekunda psixoloqlar tələbələr üçün yeddi göstəricidən ibarət xüsusi anket hazırlayıblar: sosial dəstək, ətraf insanlardan təcrid olmaq qorxusu, tənhalıq, narahatlıq, depressiya, özünə qiymətvermə və özünü qəbuletmə.
Nəticədə məlum olub ki, tənhalıq və depressiya bilavasitə sosial şəbəkələrdə keçirilən vaxtdan asılıdır. Bundan başqa, eksperimental qrupun üzvlərində yoxlama qrupu ilə müqayisədə daha az depressiya simptomları aşkarlanıb.
Bununla belə, psixoloqlar hələlik eksperimentdə iştirak etməyən digər yaş qrupları və sosial şəbəkələr arasında paralellər aparmağa hazır deyillər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL