RİTN-in futbol komandası diploma layiq görüldü
Milli Məclisin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Parlament Kuboku-2011” futbol turniri başa çatıb. Yarışmada dövlət qurumlarının aparat işçilərindən təşkil edilmiş komandalar iştirak edib. İlkin mərhələdə güclü bir qrupda - Prezident Administrasiyası və Ali Məhkəmənin komandaları ilə yanaşı mübarizə aparan RİTN-in komandası uğurla çıxış edərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
Komandamız yalnız ¼ finalda sonradan turnirin qalibi olmuş Milli Məclisin komandasına minimal hesabla uduzub.
Turnirdə öz çıxışı ilə yadda qalan RİTN-in komandası “Parlament Kuboku-2011” futbol turnirinin Təşkilat Komitəsi tərəfindən turnirin “FAİR PLAY” komandası seçilərək yarışmanın rəsmi bağlanış mərasimində fəxri diplomla mükafatlandırılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL