waplog

“Samsung Galaxy Note 10” ən böyük ekranlı smartfon olacaq


Buraxılışı hazırlanan “Samsung Galaxy Note 10” “Samsung” şirkətinin tarixində ən böyük smartfon ola bilər. Bu barədə sahə üzrə ixtisaslaşan “iGeekPhone” resursu Cənubi Koreya mənbələrinə istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, ilkin məlumatlara görə, “DaVinci” kod adlı “Samsung Galaxy Note 10” smartfonu əvvəlki modellərlə müqayisədə daha böyük ekranla təchiz ediləcək. Diaqonalı 6,66 düym təşkil edəcək ekranın ölçüsünün “iPhone XS Max” modelinin displeyindən böyük olacağı gözlənilir.

Bundan başqa, smartfonun qabaqcıl “Snapdragon 8150” prosessoruna malik olacağı bildirilir. Bu 7 nanometrlik texnoloji proses üzrə hazırlanan çip “Qualcomm” şirkəti tərəfindən, hələ ki, rəsmən təqdim edilməyib. Smartfonun ən ucuz versiyasının qiyməti 1077 dollar səviyyəsində müəyyənləşdiriləcək.

“Samsung Galaxy Note 10” smartfonunun rəsmi təqdimatı 2019-cu ilin payızına planlaşdırılır.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL