waplog

Yaponiya poçtu dronlardan istifadəyə başlayıb


Yaponiyanın “Japan Post” poçt operatoru Fukisima prefekturasında əməkdaş çatışmazlığı ilə əlaqədar olaraq sənədləri pilotsuz uçan aparatlarla çatdırmağa başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, poçt operatoru sənədlərin çatdırılması üçün dronların sınaqlarına noyabrın 7-də başlayıb. O zaman aparatlar tərəfindən Minamisoma və Nami şəhərləri arasında 9 km məsafədə uşaq rəsmləri və Yeni il açıqcaları çatdırılıb. Uçuş müddəti 15 dəqiqə təşkil edib.

Məlumata görə, hazırda şirkət poçt dronlarından müntəzəm istifadə etmək niyyətindədir.

Bu yaxınlaradək Yaponiya qanunvericiliyində dronlardan operatorların birbaşa görüntü dərəcəsi olmadan istifadənin qadağan olunmasına baxmayaraq hazırda poçtun pilotsuz uçan aparatlarla daşınmasına onların təhlükəsizliyi birbaşa translyasiya və keyfiyyətli idarəetmə sistemi ilə təchiz ediləndə icazə verilir.

“Japan Post” saatda 54 km sürətlə hərəkət etməklə 2 kq ağırlığında yük daşıya bilən dronlardan istifadə edəcək. Əvvəlcə operator poçt və reklam bukletlərini çatdırmağı, gələcəkdə isə sənədlərlə işləməyi planlaşdırır.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL