waplog

Hindistan müasir rabitə peykini orbitə çıxarıb


Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı Şrixarikota adasında yerləşən kosmodromdan “GSAT-29” adlı müasir rabitə peykini uğurla orbitə çıxarıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, 3423 kq ağırlığında olan peyk Hindistan istehsalı olan raket-daşıyıcı tərəfindən orbitə çıxarılıb. Bu rabitə peyki ölkənin ucqar rayonları, həmçinin dağlıq regionları və Hindistanın şimal-şərqinin rabitə və internetlə təmin edilməsində kömək etməlidir. Bundan başqa, sözügedən peyk yer səthini və Hind okeanının akvatoriyasını müşahidə edəcək.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL