Yeni nəsil “Samsung” prosessoru rəsmən təqdim olunub
“Samsung” şirkəti “Galaxy S10” smartfonunun əsasını təşkil edəcək yeni qabaqcıl “Exynos 9820” prosessorunu nümayiş etdirib. Çip 8 nanometrlik “LPP FinFET” texnoloji prosesindən istifadə edilməklə istehsal olunub. Tərtibatçıların sözlərinə görə, bu, 10 nanometrlik texnoloji proses üzrə hazırlanan məhsullarla müqayisədə 10 faiz enerjiyə qənaət etməyə imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, prosessorun hazırlanmasında dördüncü nəsil 6 nüvəli 3 klasterli arxitektura tətbiq edilib: iki xüsusi və iki “Cortex A75” və dörd enerji effektivliyinə malik “Cortex A55”. Çipin məhsuldarlığı birnüvəli rejimdə 20 faiz, çoxnüvəlidə isə 15 faiz artıb.
Məlumata görə, ümumi məhsuldarlıq 40 faiz yüksəlib. Çip məhsuldarlığı 40 faiz çox təmin edən “Mali-G76 MP12” qrafik prosessoru ilə təchiz olunub. Bundan başqa, “Exynos” ilk dəfə əvvəlki modulla müqayisədə süni intellekt funksiyaları ilə 7 dəfə səmərəli işləyən neyron emal modulu (NPU) ilə təmin edilib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL