“BakuTel 2011” sərgisində gənc mütəxəssislər üçün yeni layihə
23-26 noyabr tarixlərində “Bakı Ekspo” mərkəzində keçiriləcək illik Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” (“BakuTel”) sərgi və konfransı çərçivəsində, ilk dəfə olaraq, “Smart Zone” (“İntellektual ərazi”) layihəsi start götürəcək. Sözügedən layihənin əsas məqsədi gənc mütəxəssislərə İKT sahəsinə aid olan layihə və proqramlarını nümayiş etdirmək imkanını təmin etməkdir.
Bazarda uzun müddət və uğurla fəaliyyət göstərən aparıcı telekommunikasiya şirkətləri ilə eyni sərgi meydançasında iştirak etməklə, möhtəşəm ideyaların gənc müəllifləri diqqəti öz yeni layihələrinə yönəltmək, onları həyata keçirmək və sürətlə inkişaf edən İKT sahəsində tətbiq etmək üçün unikal imkan əldə edəcəklər.
“Iteca Caspian llc” şirkəti və onun tərəfdaşı “ITE Group plc” şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər. “Smart Zone” layihəsinin sponsoru isə “AzStarNet” şirkətidir.
“Smart Zone” layihəsində iştirak etmək istəyənlər 7 noyabr 2011-ci il tarixinə qədər sərginin vebsaytına (www.bakutel.az/smartzone) daxil olaraq anket doldurmalıdırlar. Seçilmiş layihələrin / proqramların müəllifləri 7–14 noyabr tarixlərində müsahibəyə dəvət olunacaqlar.
Sərginin təşkilatçıları əmindirlər ki, “Smart Zone” layihəsi “BakuTel” sərgisinin xeyirxah ənənəsinə çevrilərək hər il yeni ideyaların aşkar edilməsi və istehsalda tətbiqi üçün imkan yaradacaqdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL