waplog

“Instagram”da avtomatik layk və şərhlər silinəcək


“Instagram” sosial şəbəkəsi avtomatik rejimdə şərhlər yazmağa, layk etməyə və başqa hesablara abunə olmağa imkan verən proqramlara qarşı mübarizə aparmaq üçün bir sıra tədbirlər görməyi planlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, sözügedən xidmətin saytında dərc edilmiş bəyanatda deyilir ki, belə proqramlar hesabların auditoriyasını süni şəkildə artırmaq üçün istifadə edilir ki, bu da sosial şəbəkənin qaydalarına ziddir.
 
Məlumata görə, kompüter sistemləri şirkət tərəfindən hazırlanmış metodların köməyilə belə hesabları effektiv aşkar edə və lazımi tədbirləri görə bilər. Bu halda “Instagram” belə hesabların sahiblərini pozuntular haqda məlumatlandıracaq.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL