“Sony” şirkəti neyron şəbəkəsinin təlim sürəti üzrə yeni rekorda imza atıb
Honkonq alimləri bu yaxınlarda “ResNet-50” neyron şəbəkəsinin təlim müddətini 6,6 dəqiqəyədək azaltmağa nail olublar. Lakin yapon alimləri bu göstəricini 224 saniyəyədək yaxşılaşdırıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, tədqiqatçı və mühəndislər üçün neyron şəbəkəsinin təlim müddəti xüsusilə irimiqyaslı layihələr zamanı vacib göstəricidir. “Sony” şirkətinin alimləri bu təlimi 43,4% daha effektiv etməyə imkan verən üsul tapıblar.
Alimlər sınaqlar zamanı “ImageNet” şəkil bazası əsasında şəkillərin tanınmasını öyrənən “ResNet-50” neyron şəbəkəsinin alqoritmi üzərində işləyiblər. Yapon mühəndisləri effektivliyi yüksəltmək üçün kiçik paketləri birləşdirməklə məlumatların ötürülməsini optimallaşdırıblar. Bundan başqa, “Sony” şirkətinin mütəxəssisləri şəbəkə topologiyasına önəm veriblər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL