Süni intellekt sürət və dəqiqlik üzrə korporativ vəkilləri üstələyib
“LawGeex” startapı süni intellektlə 20 uğurlu vəkil arasında müsabiqə təşkil edib. Süni intellekt tapşırığı daha dəqiq və insandan 100 dəfə daha sürətli yerinə yetirib.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, hüquqşünas – bu, insanların robotlar tərəfindən sıxışdırılma riski olan peşədir. Məhkəmədə çıxış və ya müştəriyə məsləhət verilməsi, hələ ki, süni intellekt üçün əlçatmazdır. Amma vəkillər iş vaxtının çox hissəsini məlumatların təhlilinə ayırır və süni intellekt artıq indi bu işi insanlardan daha yaxşı yerinə yetirir.
“LawGeex” startapı sınaq üçün “Goldman Sachs”, “Cisco” və başqa şirkətlərdə işləyən 20 korporativ vəkil dəvət edib. Hüquqşünaslara informasiyanın yayılmaması haqda 5 müqavilə təqdim edilib və onlardan müştəri üçün riskləri qiymətləndirmək xahiş edilib.
Bu tapşırığı həll etmək üçün vəkillərə 51-156 dəqiqə vaxt lazım olub. Vəkillər tərəfindən çıxarılmış qərarın orta dəqiqliyi 85% təşkil edib, vəkillər arasında ən yaxşı nəticə isə 94% olub.
Alqoritm eyni tapşırığı 26 saniyə ərzində yerinə yetirib və onun tərəfindən çıxarılmış qərarın dəqiqliyi 94%-ə bərabər olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL