“Huawei” şirkəti “Honor 10 Lite” smartfonunu təqdim edib
“Huawei” şirkəti orta qiymət kateqoriyasına malik “Honor 10 Lite” smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, cihaz 6,2 düymlük displey, “Kirin 710” prosessoru və 3000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 13+2 MP təşkil edir, həmçinin süni intellekt texnologiyasını dəstəkləyir, ön kameranın təsvir ölçüsü isə 24 meqapikseldir.
Smartfon 4 rəngdə (qara, ağ, qradiyent göy və qradiyent qırmızı) əlçatan olacaq. Son 2 variant xüsusilə maraqlıdır: “Huawei” qradiyent rəngli cihazlarını aktiv şəkildə tanıtdırır.
Qurğu 3 versiyada (4+64 QB, 6+64 QB və 6+128 QB) satışa çıxarılacaq. Sözügedən 3 versiyanın qiyməti müvafiq olaraq 200, 245 və 275 dollar təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL