Çinin sifətin tanınması alqoritmləri ən güclü olub
Çinin sifətin tanınması alqoritmləri ABŞ-ın Standartlar və Texnologiyalar üzrə Milli İnstitutu tərəfindən keçirilmiş müsabiqədə ilk 5 yeri tutub. “YITU” şirkətinin proqramları 1-2-ci, “SenseTime” firmasının proqramları 3-4-cü, Şençjen Qabaqcıl Texnologiyalar İnstitutunun proqramı isə 5-ci yeri tutub.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bütün alqoritmlərə müxtəlif tipli şəkillərdə sifətin tanınması kimi tapşırıq verilmişdi. Çin alqoritmləri tanıma dəqiqliyi üzrə ABŞ, Hollandiya və Yaponiya mütəxəssisləri tərəfindən işlənmiş alqoritmləri geridə qoyub. Qəzet nəşrləri artıq yazıblar ki, amerikalıların narahat olmasına səbəb var, çünki Standartlar və Texnologiyalar üzrə Milli İnstitut tərəfindən keçirilən müsabiqələrin nəticələri bir növ alıcılar üçün tövsiyə xarakteri daşıyır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL