waplog

Neyrointerfeys iflic olmuş insanların planşetdən istifadə etməsinə kömək edib


Hazırlanmış neyron kompüter interfeysi iflic olmuş insanlara planşet kompüterlərini düşüncənin gücü ilə idarə etməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, planşet və başqa mobil kompüter qurğular gündəlik həyatda geniş istifadə edilir, amma tam və ya qismən iflic olmuş insanların belə qurğulardan istifadəsi çətindir. Amerikalı alimlər qrupu tərəfindən hazırlanmış “BrainGate” neyrointerfeysi beyinə implantasiya edilmiş kiçik datçikin köməyi ilə neyron aktivliyini qeydə alır. Siqnal “Bluetooth” texnologiyası vasitəsilə kompüterə ötürülür və insan elektron poçtunu yoxlaya, mesajlar yaza, musiqi dinləyə və video izləyə bilər. Sistemin sınaqdan keçirilməsi zamanı sınaq iştirakçıları bir-biri ilə ünsiyyət saxlayıb, internet mağazalarda alış-veriş ediblər.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL