Elektron əlcək robotları toxunuş hissi ilə təchiz edəcək
Stenford Universitetinin mühəndisləri tərəfindən hazırlanmış elektron əlcək avtomatlaşdırılmış əlləri toxunuş hissi ilə təchiz edə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, mühəndislər komandası sensorlarla təchiz edilmiş avtomatlaşdırılmış əlin giləmeyvə və stolüstü tennis topunu onları əzmədən saxlamasını nümayiş etdirib. Alimlərin sözlərinə görə, bu texnologiya bir gün robotların toxunuşları canlı dəri kimi hiss etməsinə imkan verəcək. Elektron əlcək insan epidermisinin qatları kimi işləyir. İnsan dərisinin xarici qatı təzyiq, istilik və başqa qıcıqlandırıcıların müəyyən edilməsi üçün canlı sensorlara malikdir. Avtomatlaşdırılmış əlcəyə qurulmuş sensorlar eyni zamanda intensivlik və təzyiqin istiqamətini ölçə bilər ki, bunlar da toxunuş hissi üçün iki əsas lazımi keyfiyyətdir.
Texnologiya avtomatlaşdırılmış cərrahiyyədə tətbiq edilə bilər. Mütəxəssislər əlcəyin təkmilləşdirilmiş versiyası üzərində işi davam etdirirlər. Yeni versiya öncədən proqramlaşdırılmadan avtomatik şəkildə lazımi miqdarda güc tətbiq edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL