waplog

Yeni cihaz virtual reallıq oyunlarında qoxuları hiss etməyə imkan verir


Biz real həyatda nəinki görür və eşidir, həmçinin qoxuları hiss edirik. Yaponiyanın “Vaqso” şirkətinin nümayəndələri hesab edirlər ki, virtual reallığın real dünyaya qismən yaxınlaşması üçün bu problemi həll etmək lazımdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, startap tərəfindən hazırlanmış kiçikölçülü yarımdairəvi qurğu “micro USB” və ya “Bluetooth” vasitəsilə virtual reallıq eynəyinə qoşulur. “Vaqso” adlı bu qurğu istifadəçinin burnuna yaxın yerləşməlidir.
 
Qurğuya qoxulardan ibarət kartriclər yerləşdirilir. Qurğu virtual reallıq oyununda baş verənlərdən asılı olaraq müvafiq ətirlər saçır.
 
“Vaqso”nun kataloqunda okean, barıt, meşə, torpaq, qəhvə, karamel, şokolad, karri, qızardılmış toyuq, nanə, benzin, gül, həmçinin zombi və qadın qoxuları mövcuddur.
 
Startap 3000 dollara müştərinin sifarişi üzrə istənilən başqa qoxunu hazırlamağa hazırdır.
 
Sözügedən qurğu “Oculus”, “Vive” və “Play Station” virtual reallıq qarniturları ilə uyğundur. “Vasqo” qurğusunun avtonom işləmə müddəti 2 saat təşkil edir.
 
Cihazın qiyməti 999 dollardır. Tədarük dəstinə 5 kartric və onları doldurmaq üçün maye daxildir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL