waplog

Smartfonların tədarükü azaldığı halda düyməli telefonlara tələbat yüksəlir


“Counterpoint Technology Market Research” tədqiqat şirkəti smartfon və “feature phone” sinfinə məxsus aparatların qlobal bazarda vəziyyəti haqda məlumat verib. Mütəxəssislərin məlumatına görə, 2018-ci ilin üçüncü rübündə istehsalçılar ümumilikdə təxminən 492 milyon  qurğu istehsal ediblər. Smartfon seqmentində azalma müşahidə olunduğu halda, azsaylı funksiyalar imkanına malik ucuz düyməli telefonların tədarükü illik hesablama üzrə yüksəlib. Bu trend əvvəlki rübdə də müşahidə edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin qiymətləndirməsinə görə, iyul-sentyabr aylarında qlobal bazara 380 milyon smartfon tədarük edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% daha azdır. Dünyanın bütün regionlarında azalma müşahidə edilib, Latın Amerikasında isə ən böyük geriləmə qeydə alınıb: 2017-ci illə müqayisədə 7% azalma olub.
 
Çin ən böyük smartfon satış bazarı olaraq qalır, amma burada artıq 5 rüb ardıcıl olaraq mənfi dinamika müşahidə edilir. Rekord nəticə göstərmiş Hindistan smartfon tədarükünə görə ABŞ-ı geridə qoyub.
 
“Samsung” şirkəti smartfon brendləri arasında liderliyini qoruyub saxlayır, hərçənd Cənubi Koreya şirkətinin bazar payı artıq 4 rüb ardıcıl azalır. Ən yaxşı artım (73%) “Nokia” brendinə məxsus smartfonlar satan “HMD” şirkətində müşahidə edilib.
 
Cari ilin üçüncü rübündə “Feature phone” aparatlarının tədarükü 3% yüksələrək 112 milyona yaxınlaşıb.
 
Yaxın Şərq və Afrika ölkələrində, həmçinin Hindistanda ucuz düyməli telefonlara yüksək tələbat var: bütün tədarükün 70%-i bu aparatların payına düşür.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL