DARPA dronlar üçün peyklə əlaqə olmadan işləyən idarə sistemi hazırlayıb
Amerika hərbçiləri GPS və radiosiqnalların ötürülməsindən istifadə etmədən pilotsuz uçan aparatlar sürüsünün idarə sistemini sınaqdan keçiriblər. Bu haqda “Space War” yazır.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, gələcəkdə hərbi əməliyyatlarda dronlardan tez-tez istifadə ediləcək: ancaq mövcud pilotsuz təyyarələr radiosiqnal və GPS sisteminin bloklanması şəraitində işləyə bilmir.
ABŞ Müdafiə Nazirliyinin Perspektivli Tədqiqat Layihələri İdarəsi bu problemin həllini tapıb. Agentlik tərəfindən hazırlanmış sistemdə dronlar qrupu ümumi tapşırığı yerinə yetirir, amma əməliyyatları baza ilə deyil, başqa pilotsuz təyyarələrlə koordinasiya edir. Məsələn, avtonom işləyən pilotsuz uçan aparatlar bir-birinə təhlükə haqda xəbərdarlıq edə, ərazi haqda toplanmış informasiyanı paylaşa və hücum senarisini planlaşdıra bilərlər.
Sözügedən sistem Arizonada yerləşən poliqonda uğurla sınaqdan keçib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL