Bu gün Ümumdünya İnformasiya Günü qeyd edilir
Bu gün bütün dünyada Ümumdünya İnformasiya Günü (World Information Day) qeyd edilir. Hər il 26 noyabr tarixinin məhz bu ad altında qeyd edilməsi təşəbbüsü Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamenti tərəfindən irəli sürülüb.
Əlamətdar günün beynəlxalq təqvimə salınması ilə bağlı qərar 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə keçirilən I Beynəlxalq İnformasiyalaşdırma Forumunda verilib.
Ümumdünya İnformasiya Gününün qeyd olunması ilə bağlı qərar YUNESKO-nun rəsmi orqanları tərəfindən 1994-cü ildə qəbul edilib.
Ümumdünya İnformasiya Gününün əsas məqsədi bu sahədə olan başlıca problemlərə və məsələlərə mütəxəssislərin diqqətini yönəltməkdir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL