Ən bahalı şirkətlər reytinqində birinci kimdir?
“Microsoft” korporasiyasının bazar kapitallaşdırılması “Apple” şirkətinin dəyərini təxminən 10 milyard dollar üstələyib.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Microsoft” bazar kapitallaşdırılması səviyyəsinə görə “Apple” şirkətini geridə qoyan ən bahalı ABŞ korporasiyası olub. Ekspertlərin məlumatına görə, “Microsoft”un bu göstəricisi 753,3 milyard dollar, “Apple”in isə 746,8 milyard dollar təşkil edib.
Qeyd olunur ki, “Apple” şirkəti 2010-cu ildən “Microsoft”u bazar kapitallaşdırılmasına görə üstələyib.
ABŞ-ın ən bahalı şirkətlər üçlüyünü 736,8 milyard dollarlıq göstərici ilə “Amazon” tamamlayıb. O, “Google” şirkətinin 725,5 milyard dollar dəyərində qiymətləndirilən “Alphabet” holdinqini geridə qoyub.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL