Dünyanın 33 ölkəsində mobil internet “Wi-Fi” ilə müqayisədə daha sürətli olub
"Wi-Fi" vasitəsilə internetə qoşulma artıq 33 ölkədə məlumatların ötürülməsinin orta sürətinə görə mobil internetdən geridə qalır. Dünya üzrə mobil şəbəkə xidmətlərinin əhatə dairəsini və keyfiyyətini araşdıran "OpenSignal" şirkətinin məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, Avstraliya, Yunanıstan, İran, Türkiyə, Çexiya və bir sıra başqa dövlətlərdə fərdi kompüterlə müqayisədə smartfondan internetə çıxış daha sürətlidir. Avstraliyada isə mobil internet çox sürətlidir: orada mobil internet vasitəsilə məlumatların ötürülməsinin orta sürəti 34,6 Mbit/s təşkil edir, halbuki "Wi-Fi" vasitəsilə internetə qoşulmanın orta sürəti yalnız 21,6 Mbit/s-ə bərabərdir.
"OpenSignal" şirkətinin təhlil üzrə vitse-prezidenti İen Foqq bildirir ki, toplanmış məlumatlar smartfon və mobil əməliyyat sistemləri istehsalçılarının baxışını dəyişdirməlidir. Məsələn, indi bütün mobil qurğular başlanğıc ayar kimi ilk anda "Wi-Fi"dan istifadəyə keçir, çünki belə internetin daha sürətli olacağı nəzərdə tutulur. Ancaq indi vəziyyət dəyişib və belə çıxır ki, smartfonlar istifadəçiləri daha zəif internetdən istifadə etməyə məcbur edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL