waplog

“LG” şirkəti 16 kameralı smartfon buraxacaq


Cənubi Koreyanın “LG” şirkəti arxa tərəfdə yerləşən 16 kameralı smartfon icad edib. Bu barədə “Giz China” bloqu ABŞ Patent və Əmtəə Nişanları Bürosunun sənədlərinə istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, bu sayda kameralar kadrda obyektlərin yerinin dəyişdirilməsinə imkan verən üçölçülü təsvirlərin yaradılması üçün lazımdır.

Bundan başqa, eyni anda müxtəlif quraşdırmaya malik bir neçə obyektin şəkillərini kombinasiya etmək və ya bir neçə kameranın çəkdiyi ən yaxşı şəkili seçmək mümkün olacaq. Həmçinin kamera modulunun yanında “selfie” üçün güzgü quraşdırılıb.

Qeyd edək ki, noyabrın sonunda “Samsung” şirkətinin 6 kameralı smartfon buraxmağa hazırlaşması barədə məlumat yayılıb. “Galaxy S10” smartfonu 4 versiyada buraxılacaq, onların “Beyond X” kod adlı ən bahalısı isə 6 modullu əsas kamera və 6,7 düym diaqonallı ekranla təchiz ediləcək. Təqdimat 2019-cu ilin fevralına planlaşdırılır.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL