Yeni ekzoplanetlər Günəş qravitasiya linzası vasitəsilə aşkar ediləcək
ABŞ Kosmik Agentliyinin (NASA) reaktiv hərəkət laboratoriyası “Aerospace” şirkəti ilə birgə Günəş sistemindən kənarda həyat üçün potensial yararlı planetlərin yeni axtarış metodunun hazırlanması ilə məşğuldur. Dərin kosmosun tədqiqi üzrə innovativ konsepsiya Günəş sistemindən kənarda obyektlərin 100 milyard dəfə optik böyüdülməsini təmin edən Günəş qravitasiya linzasına əsaslanır.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Eynşteynin nisbilik nəzəriyyəsinə görə, məkandan keçən işıq nisbətən böyük obyektin yanından keçən zaman əyilir. Bu o deməkdir ki, uzaq obyektlərin işığı linzanın içindən keçən zaman olduğu kimi, Günəş periferiyasına görə əyilərək tədricən fokus xətti səthində birləşəcək. “SGL” (Solar Gravity Lens) missiyası fokuslanmış işığın öyrənilməsi üçün kosmik gəmini məhz bu sahəyə göndərməyə hazırlaşır.
Mühəndislərin sözlərinə görə, layihə kosmik aparatda çoxlu detektorların quraşdırılmasını tələb edir. Bu, kosmik gəmi Yerdən 80 milyard km məsafə uzaqlaşan zaman ekzoplanetlərin işığını müşahidə etmək imkanının yaradılması məqsədini daşıyır. Yer və “SGL” arasında məlumatlar yalnız 6 işıq günü ərzində çatacaq ki, bunda da kosmik aparat üzərində yerüstü nəzarət məqsədəuyğun olmur. Bu səbəbdən aparat müstəqil fəaliyyətə adaptasiya olunmalı və öz təcrübəsi əsasında öyrənməlidir. “SGL” missiyasının ikiillik tədqiqatının aparılması üçün “Aerospace” şirkətinə “NASA Innovative Advanced Concepts” (NIAC) proqramının ikinci mərhələsindən 130 min dollar ayrılıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL