waplog

RİTN-də 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasına ölkə başçısının Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında çıxışındakı “Bu ilin 9 ayı ərzində informasiya-kommunikasiya sektorunda çox böyük artım qeydə alınmışdır.

Bu sektor çox dinamik inkişaf edir” fikirləri ilə başlayaraq cari ilin 9 ayında sektorun ayrı-ayrı sahələrində həyata keçirilən islahatlardan danışmış, gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd etmişdir.

2011-ci ilin 9 ayı ərzində sektor üzrə qeydə alınan nəticələr barədə çıxış edən məruzəçi bildirmişdir ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 12,4%, o cümlədən, telekommunikasiya sektorunda 8,3%, İT sektorunda 1,6 dəfə, informasiya sektorunda isə 38,8% təşkil etmişdir.

Hesabat dövründə mobil abunəçilərin sayı 10 milyona yaxın, əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15, internet istifadəçilərinin sayı isə 60-a bərabər olmuşdur. Bu isə ümumdünya orta göstəricilərini 2 dəfədən çox üstələyir. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış etmişlər.

Kollegiyaya yekun vuran nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını yüksək qiymətləndirdiyini bir daha vurğulayaraq, qəbul olunmuş Dövlət proqramlarının icrası, “Elektron-hökumət” layihələrinin reallaşdırılması, rəqəmsal televiziyanın tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi, Regional İnformasiya Xidmət mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması, bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya”dan irəli gələn məsələlərin həllinə nəzarətin gücləndirilməsi, əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar vermişdir.

Kollegiyada “Azərcell” və “Bakcell” operatorlarına “3G” mobil rabitə xidməti göstərməsi üçün lisenziyaların verilməsi ilə bağlı qərar qəbul edilmiş, eyni zamanda, nazirliyin müvafiq qurumlarına və 3 mobil operatora dünyada ən müasir olan “4G” (LTİ) mobil rabitə xidmətinin tətbiqi üçün texniki və hüquqi normalara uyğun təkliflərin verilməsi tapşırılmışdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL