waplog

Dünya mobil trafikinin həcmi 79 faiz artıb


Cari ilin üçüncü rübündə qlobal mobil trafikin həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 79 faiz artıb. Bu artım göstəricisi 2013-cü ildən ən böyük artım olub. Bu barədə telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkətinin tədqiqatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, istifadə edilən mobil trafikin həcminə görə lider Şimali Amerikadır. Burada bir smartfona orta hesabla ayda 8,6 giqabayt düşüb. Belə istehlak səviyyəsi ayda 12 saat HD formatlı videonu seyr etməyə bərabərdir.
 
Bununla yanaşı, məlumatların ötürülməsi həcmində cüzi artım Şimal-Şərqi Asiyada müşahidə olunub. Burada bir smartfon üçün trafikin həcmi 140 faiz artaraq ayda 7,3 giqabayta çatıb (10 saat HD formatlı videoya bərabərdir).

“Ericsson” şirkətinin proqnozuna görə, istifadə edilən məlumat həcmində artım tendensiyası davam edəcək – 2018-2024-cü illər ərzində trafik 5 dəfə artacaq və 2024-cü ildə “5G” şəbəkələrində mobil trafikin 25 faizi emal ediləcək.

Ekspertlərin gözləntilərinə görə, 2024-cü ildə “5G” servisi istifadəçilərinin sayı 1,5 milyarda çatacaq, beşinci nəsil mobil rabitə şəbəkəsinin əhatə dairəsinə isə Yer kürəsi əhalisinin 40 faizi daxil olacaq. Yaxın illər ərzində “5G” sahəsində liderlərin Şimali Amerika və Şimal-Şərqi Asiya olacağı proqnozlaşdırılır.

Tədqiqatda, həmçinin qeyd olunur ki, yaxın illərdə mobil “Əşyalar interneti”nin (IoT) aktiv inkişafı gözlənilir. Bu, əsasən iki texnologiya – “NB-IoT” və “Cat-M1” sayəsində baş verəcək. Operatorların bu texnologiyaları tətbiq etmək üçün çalışmaları onların geniş imkanları ilə əlaqədardır – “NB-IoT” və “Cat-M1” bir çox sahələrin internetə müxtəlif istifadə senarili qoşulmalarda artan tələbatını ödəyir. 2024-cü ilədək “IoT” şəbəkələrində qoşulmaların sayının 4,1 milyarda çatacağı gözlənilir. “IoT” sahəsində lider kimi Şimal-Şərqi Asiya ölkələri qeyd edilir. Bu ölkələrdə yeni texnologiyaların kütləvi tətbiqi sayəsində “IoT” qoşulmalarının sayı 2,7 milyard təşkil edəcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL