waplog

Polis süni intellekti cinayətkarı cinayətdən əvvəl müəyyənləşdirəcək


Böyük Britaniya polisi potensial cinayətkar və qurbanları cinayət baş verməzdən əvvəl müəyyənləşdirməyə imkan verən süni intellektin sınağına başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, “NDAS” adlanan neyron şəbəkə yerli və milli polisin məlumat bazaları əsasında işləyir və törədilmiş cinayətlər haqqında 1 terabayt tutumlu məlumat və cinayətkarların 5 milyon tarixçəsi barədə məlumatlandırılıb.  

Məlumata görə, 1,4 milyon identifikatoru yoxladıqdan sonra qərar çıxaran sistem yaxın vaxtda cinayət törədə biləcək insanların və hətta cinayətkarların hansı silahdan istifadə edəcəklərinin reytinqini tərtib edir. Polisin məlumat bazasında hər bir şəxs cinayətkar fəaliyyət riski üzrə qiymətləndirilir. Bu məlumatlar əsasında insanla polis və ya sosial xidmətlər işləməyə başlayır.

Bildirilir ki, pilot layihə çərçivəsində sistemdən Böyük Britaniyanın müxtəlif şəhərlərinin səkkiz polis bölməsi istifadə edir. Layihə rəhbəri Yan Donnelli qeyd edib ki, polis risk zonasına daxil olan insanları həbs etməsə də, onlarla profilaktik söhbətlər aparacaq.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL