waplog

“Amazon” pasiyentin dosyesini avtomatik tərtib edən proqram təminatı hazırlayıb


“Amazon” şirkətinin məlumatına görə, tibbi mərkəzlər üçün yeni proqram təminatı onların xərclərini azaltmağa, gəlirini isə artırmağa kömək etməlidir. İnternet şirkətin mütəxəssisləri tərəfindən yazılmış alqoritmlər böyük həcmli rəqəmsal tibbi məlumatları çeşidləyərək faydalı məlumat tərtib etmək qabiliyyətinə malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Amazon Web Services”in süni intellekt üzrə baş meneceri Mett Vud izah edir ki, indi tibbi mütəxəssislər faktiki olaraq avtonom rejimdə pasiyent haqqında dəqiq informasiya əldə edə biləcəklər. Pasiyent qəbula gəldikdə sistem artıq onun haqqında bütün məlumatları çeşidləyərək vəziyyəti haqqında informasiya tərtib edir.
 
“Amazon” bu sistemin yaradılması üçün dərin təlim sistemindən istifadə edib. Tibb sahəsində informasiya texnologiyaları üzrə mütəxəssis Taha Kass-Haut deyib ki, nəticə ümidvericidir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL