waplog

Əşyaları virtual reallığa köçürən sadə üsul yaradılıb


Fiziki obyektlərin virtual reallığa köçürülməsi mürəkkəb və çox zəhmət tələb edən işdir. Beynəlxalq proqramçılar qrupu işıqlandırıcıya malik adi rəqəmli kamera vasitəsilə fiziki obyektlərin virtual reallığa replikasiyası üçün yeni metod hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun və İspaniyanın Saraqosa Universitetinin tədqiqatçıları bildirib ki, onların metodu işıqlandırıcıya malik adi kamera ilə çəkilən realistik həcmli fiqurları effektiv şəkildə canlandırır. Üçölçülü obyektlərin yaradılması üçün ənənəvi üsullar obyektlərin işığı əks etdirmək qabiliyyətini deyil, onların üçölçülü həndəsəsini nəzərə alır. İkişüalı reflektor qabiliyyəti funksiyası obyektin realistik formalarının və xarici görünüşünün əldə edilməsi üçün əsas rol oynayır. Mütəxəssislərin sözlərinə görə, məhz bu yeni texnologiyaya virtual reallıqda çox realistik görünən yüksəkkeyfiyyətli üçölçülü fiqurlar əldə etməyə imkan verir.

Bildirilir ki, adətən üçölçülü modelləşdirmə əllə “3D” modellər ilə həyata keçirilir ki, bu da zəhmətli işdir və xüsusi bahalı avadanlığa ehtiyac duyulur. Obyektlərin həcm və formasını uğurla qeydə alan yeni alqoritm bunun üçün yalnız standart kamera tələb edir. Alimlər tərəfindən metal, ağac, plastik, keramika, qatran, kağız və Nefretitinin detallaşdırılmış büstünün daxil olduğu texnologiyanın işləmə nümunələri nümayiş olunub.  

Nizam Nuriyev
 
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL