waplog

Yaponiyada kompyuter virusu yaradanları həbs edəcəklər


Yaponiyada kibercinayətkarlığa qarşı qəbul edilmiş qanuna əsasən, kompyuter viruslarının saxlanılması və yayılması cərimə və ya azadlıqdan məhrum edilmə ilə cəzalandırılacaq.
Parlament tərəfindən təsdiq edilmiş yeni qanuna əsasən, virusların qəsdən yaradılması və yayılması üçün 500 min yena (6,2 min dollar) cərimə və ya 3 il müddətə qədər həbs cəzası müəyyənləşdirilib. Virusların saxlanılması üçün 300 min yena cərimə (3,7 min dollar) və 2 ilə qədər həbsxana müddəti nəzərdə tutulub.
Bundan başqa, qanun hakimiyyətə 60 gün ərzində şəxsi yazışma loqlarının saxlanılmasını internet-provayderlərdən tələb etmək hüququnu verib.
Qanunun qəbulu vətəndaş hüquqlarının bir çox müdafiəçiləri tərəfindən etirazlara səbəb olub.
Yaponiya hələ 2001-ci ildə kibercinayətkarlıqla mübarizə haqqında beynəlxalq konvensiyaya qoşulub. Yeni qanunun qəbulu bu konvensiya tələblərinin icrası üzrə tədbirlərdən biri olub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL