waplog

Azərbaycan, İran, Rusiya və Türkiyənin İKT nazirləri dördtərəfli görüş keçirib


Azərbaycan, İran, Rusiya və Türkiyə arasında İKT sahəsində regional əməkdaşlıq barədə dördtərəfli görüş keçirilib.
 
Görüşdə Azərbaycan Respublikası Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə,  Rusiya Federasiyasının Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov, Türkiyə Respublikasının Nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, İranın İnformasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi iştirak edib. 
 
 Görüşün gündəliyinə startap ekosistemlərinin inkişafı, peyk, poçt xidmətləri, kibertəhlükəsizlik, beynəlxalq fiber-optik şəbəkələrin inkişafı sahəsində əməkdaşlıq, texnologiya parklarının layihələndirilməsi, eləcə də idarə olunması ilə bağlı məlumat və təcrübə mübadiləsinin müzakirəsi daxildir. 
 
Nazirlər kommersiya məqsədli peyk xidmətləri, birgə kibertəlimlərin təşkili, poçt xidmətləri sahəsində daşıma və tranzit imkanlarından istifadə, milli kibertəhlükəsizlik qurumlarının koordinasiyalı fəaliyyətinə dair də fikir mübadiləsi aparıblar.
 
Sonda qeyd olunan sahələrdə səmərəli əməkdaşlıq, birgə təlim, tədqiqat işləri, bilik və təcrübə mübadiləsi aparılması, eyni zamanda, dördtərəfli konsorsiumun yaradılması qərara alınıb. İran tərəfinin təklifi ilə növbəti eyni tərkibli görüşün İranda keçirilməsi razılaşdırılıb.







NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL