waplog

“Skype” proqramında videozənglərdə subtitrlər əlçatan olacaq


“Skype” internet telefoniya xidmətində danışığı mətnə çevirən "canlı subtitrlər" funksiyası əlçatan olub. Sözügedən funksiya hər şeydən əvvəl səsli və videozənglər zamanı sözləri başa düşməkdə çətinlik çəkən kar və zəif eşidən insanların həyatını asanlaşdırmaq üçün nəzərdə tutulub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni funksiya hər il dekabrın 3-də qeyd olunan Beynəlxalq Əlillər Gününə həsr olunub.
 
Yeni funksiya “Android’ (6.0+), “iPhone”, “iPad”, “Linux”, “Mac”, “Windows” sistemlərinin idarəetməsi altında işləyən qurğularda quraşdırılmış “Skype” proqramının 8 və daha yuxarı versiyalarında, həmçinin “Skype for Windows 10” (14 versiyası) əlçatandır. 2019-cu ilin əvvəlində  "canlı subtitrlər" funksiyası “PowerPoint”də də dəstəklənəcək.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL