waplog

Süni intellektə malik əlil arabalarını mimikanın köməyi ilə idarə etmək mümkün olacaq


Braziliyanın “Hoobox Robotics” şirkəti tərəfindən “Intel” ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Wheelie 7” aparatı sağlamlıq imkanları məhdud şəxslərin öz əlil arabalarını üz ifadəsi ilə idarə etməsinə kömək məqsədilə süni intellektdən istifadə edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, müasir mühərriklə təchiz edilmiş əlil arabaları adətən korpusa bərkidilmiş coystik və ya datçiklər vasitəsilə idarə olunur.
 
“Wheelie” aparatında tətbiq edilmiş süni intellekt istifadəçinin gülüşünü və başqa jestlərini avtomatik tanıyır. Mobil proqramın köməyi ilə sifətin hər hansı bir ifadəsini bu və ya digər hərəkətlə (sol, sağ, irəli, geri, əyləc və sairə) əlaqələndirmək olar. Süni intellekt, həmçinin insanın öskürməsini və ya asqırmasını əmr kimi qəbul etməmək üçün onu “tanıyır”.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL